Rusiya indi də miqrant uşaqlarını HƏDƏF ALDI – SENSASİON QADAĞA

Rusiya indi də miqrant uşaqlarını HƏDƏF ALDI – SENSASİON QADAĞA

Hazırda oxunan: Rusiya indi də miqrant uşaqlarını HƏDƏF ALDI – SENSASİON QADAĞA

266076

Rusiya Dövlət Dumasına azyaşlı xarici vətəndaşların qanuni nümayəndələri olmadan ölkəyə daxil olmasını qadağan edən qanun layihəsi təqdim olunub. 

Bizim.Media "gazeta.ru"ya istinadla xəbər verir ki, sənədin müəllifləri deputat Nina Ostanina (Rusiya Kommunist Partiyası) və parlamentin Əmək komitəsinin sədri Yaroslav Nilovdur. 

Layihə Dumadakı elektron bazada yerləşdirilib.

Qanun layihəsinə əsasən, azyaşlı xarici vətəndaşların Rusiyaya daxil olması və ölkəni tərk etməsi yalnız qanuni nümayəndələrinin və ya digər böyüklərin müşayiəti ilə, notarial qaydada təsdiqlənmiş etibarnamə əsasında mümkün olacaq. Ölkəyə girişə isə yalnız təhsil, müalicə və “müvəqqəti qalma” məqsədləri – məsələn, idman yarışları, olimpiadalar və turistik səfərlər üçün icazə veriləcək.

Bundan əlavə, əgər azyaşlının Rusiyada başqa qanuni nümayəndəsi yoxdursa, onunla birlikdə gəlmiş yetkinlik yaşına çatmış şəxs deportasiya olunacaq.

Sənədə əlavə olunmuş izahat qeydində bildirilir ki, hazırda azyaşlı əcnəbilərin Rusiyaya daxil olması üçün qanuni nümayəndələrin notarial razılığı tələb olunmur. Onlar ölkəyə həm valideynlərinin müşayiəti ilə, həm də təkbaşına gələ bilirlər.

Deputatların sözlərinə görə, bəzi hallarda uşaqlar qalma müddətini pozaraq ölkədə qanuni nümayəndəsiz yaşayır. Hətta bir sıra yeniyetmələrin formal olaraq təhsil adı ilə, əslində isə işləmək üçün Rusiyaya gəldiyi vurğulanır.

Qeyd edək ki, Rusiya DİN-in 8 avqustda yaydığı məlumata görə, hazırda ölkədə 680 mindən çox azyaşlı xarici vətəndaş yaşayır, onlardan təxminən 159 min nəfəri nəzarət reyestrinə daxil edilib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO