Hazırda Türkiyədə 45 minə yaxın Azərbaycanlı tələbə təhsil alır.
Bu barədə Bizim.Media-ya Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat verilib.
Qeyd edilib ki, ümumilikdə 2019-2024-cü illər üzrə xaricdə əldə olunan kvalifikasiyaların tanınması üzrə TKTA-ya 22 min 578 müraciət daxil olub. Bu müraciətlərin 5 min 327-si (19%) Türkiyədə əldə olunan kvalifikasiyaların payına düşür.
Məlumata görə, ötən altı ilə münasibətdə Türkiyədən əldə olunan kvalifikasiyaların tanınması barədə müraciətlərin 5107-si müsbət qərar, 220-si barəsində isə imtina qərarı verilib. İmtina səbəbləri Azərbaycan qanunvericiliyində də nəzərdə tutulmayan “açık öğretim” təhsilalma forması üzrə əldə olunan kvalifikasiyaların tanınmama faizinin kifayət qədər yüksək olması, eyni zamanda autentik olmayan kvalifikasiyaların tanınma üçün təqdim olunması əsas diqqət yetirilməli olan məqamlardır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:10 / 19.08.2025
Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı AÇIQLANDI
Hazırda oxunan: Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı AÇIQLANDI
Hazırda oxunan: Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı AÇIQLANDI
265948
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.