Putinlə Zelenskinin görüşü iki həftə ərzində baş tuta BİLƏR

Putinlə Zelenskinin görüşü iki həftə ərzində baş tuta BİLƏR

Hazırda oxunan: Putinlə Zelenskinin görüşü iki həftə ərzində baş tuta BİLƏR

265937

Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenski arasında görüş iki həftə ərzində baş tuta bilər.

Bizim.Media “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniya Kansleri Fridrix Merts açıqlayıb.

Onun sözlərinə görə, bu barədə ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin Ağ Evdəki görüşdə fasilə zamanı telefonla danışarkən razılaşıblar.

Kansler, həmçinin qeyd edib ki, görüşün yeri daha sonra razılaşdırılacaq.

Xatırladaq ki, avqustun 18-də Ağ Evdə D.Trampla V.Zelenski, daha sonradan Avropa ölkələrinin liderlərinin iştirakı ilə görüş keçirilib. Putinin köməkçisi Yuriy Uşakov bildirib ki, Tramp telefon danışığı zamanı Putini Vaşinqtonda baş tutan danışıqlar barədə məlumatlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO