Zelenski: “Ərazi məsələsini yalnız Putinlə müzakirə edəcəyik” – VİDEO

Zelenski: “Ərazi məsələsini yalnız Putinlə müzakirə edəcəyik” – VİDEO

Hazırda oxunan: Zelenski: “Ərazi məsələsini yalnız Putinlə müzakirə edəcəyik” – VİDEO

265925

“Ərazi məsələsi yalnız mənimlə Putin arasında müzakirə olunacaq”.

Bizim.Media xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Ev görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib.

Zelenski bildirib ki, Rusiya əvvəlcə Kiyevə ikitərəfli, sonra isə üçtərəfli format təklif edib.
Onun sözlərinə görə, Ukrayna liderlər səviyyəsində istənilən variantlara hazırdır. Zelenski vurğulayıb ki, ərazi məsələsi yalnız onun və Vladimir Putinin arasında müzakirə olunacaq.

O, tərəfdaşlara real ərazi nəzarətini əks etdirən xəritə təqdim edib və bildirib ki, Putin və Tramp arasında mümkün ikitərəfli görüşün detalları Kiyevə məlum deyil.

“Bu, bizim ən yaxşı görüşümüz idi. Biz bir çox məsələləri ətraflı müzakirə etdik,” – deyə o bildirib.

Ukrayna lideri qeyd edib ki, danışıqlarda ukraynalı uşaqların geri qaytarılması yolları da müzakirə olunub, o cümlədən “hamının hamıya” prinsipi üzrə mübadilə – təkcə hərbçilərin deyil, mülki şəxslərin də daxil olduğu variant nəzərdən keçirilib.

Zelenskinin sözlərinə görə, ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətlərində iştirak etməyə tam hazır olduğunu açıq şəkildə bəyan edib. Prezident, bu zəmanətlər çərçivəsində 90 milyard dollarlıq yardım paketinin mövcudluğunu təsdiqləyib.

O həmçinin qeyd edib ki, Putinlə heç bir ilkin şərt olmadan görüşməyə hazırdır, çünki atəşkəsin tələb olunması Rusiyaya yeni tələblər irəli sürmək üçün bəhanə verə bilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO