Dünyada ölkələr üzrə boşanma faizləri maraqlı fərqlərlə diqqət çəkir.
Bizim.Media xəbər verir ki, statistikaya əsasən, boşanma səviyyəsinin ən aşağı olduğu ölkə Hindistandır. Burada boşanma cəmi 1 faizdir.
Ən aşağı boşanma faizinə malik digər ölkələr arasında Vyetnam (7%), Tacikistan (10%), İran (14%) və Meksika (17%) da yer alır.
Boşanma səviyyəsinin ən yüksək olduğu ölkə 94 faiz ilə Portuqaliyadır. İspaniya isə 85 faizlə ikinci yerdə qərarlaşıb. Siyahıda daha sonra Lüksemburq (79%), Rusiya (73%) və Ukrayna (70%) kimi Avropa ölkələri gəlir.
Qərb ölkələrində də boşanma faizi kifayət qədər yüksəkdir: ABŞ (45%), Kanada (47%), Böyük Britaniya (41%), Almaniya (38%), Fransa (51%) və İsveç (50%).
Qeyd edək ki, Azərbaycanda cari ilin birinci yarısında 24 815 nikah və 10 350 boşanma halları qeydə alınıb. Bunu faizlə ifadə etmiş olsaq, bu ilin birinci yarısı üçün boşanma faizi 40 olub.(milli.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:39 / 19.08.2025
Dünyada ən çox boşanma bu ölkələrdədir - Bəs Azərbaycan neçəncidir?
Hazırda oxunan: Dünyada ən çox boşanma bu ölkələrdədir - Bəs Azərbaycan neçəncidir?
Hazırda oxunan: Dünyada ən çox boşanma bu ölkələrdədir - Bəs Azərbaycan neçəncidir?
265921
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.