Əgər siyasi iradə olsaydı, Ukraynada müharibəni önləmək mümkün idi.
Bizim.Media xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın görüşünə münasibət bildirərkən söyləyib.
Onun sözlərinə görə, əgər sülh mümkünsə və ABŞ prezidentinin prosesi təsir altına salmaq imkanı olubsa, bu, bir daha təsdiq edir ki, Ukraynadakı müharibə əslində Rusiya ilə Qərb arasında gedir:
“Bu fikir yeni deyil. Amma prezidentlərin görüşündə bu, həm faktiki, həm də formal şəkildə təsdiqləndi”.
Papuaşvili qeyd edib ki, bu, Gürcüstanı hansı qarşıdurmaya cəlb etmək istədiklərini açıq göstərir:
“Bu gün hamıya aydındır ki, həmin planın məqsədi nə idi – hökumət kabinetlərində elə adamların əyləşməsini təmin etmək ki, onlar tərəddüd etmədən “imkan pəncərəsindən istifadə”, “bombaların yağışı” və “burada on min rus əsgərinin saxlanılması” kimi ssenarilərə razılıq verərdilər və Gürcüstanı qlobal qarşıdurma şahmat lövhəsində qurban verilmiş piyada halına gətirərdilər”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:07 / 16.08.2025
Papuaşvili Putinlə Trampın görüşünə münasibət bildirdi
Hazırda oxunan: Papuaşvili Putinlə Trampın görüşünə münasibət bildirdi
Hazırda oxunan: Papuaşvili Putinlə Trampın görüşünə münasibət bildirdi
265548
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.