"Putinin təyyarəsi hələ yerə eniş etməyib".
Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı jurnalist Pavel Zarubin məlumat verib.
O bildirib ki, Ankoric şəhərinə enən "Rusiya" xüsusi təyinatlı dəstəsinin ehtiyat təyyarəsidir.
***22:04
Rusiya Prezidenti Vladimir Putinin təyyarəsi Alyaskanın Ankoric şəhərinə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Flightradar" servisinin məlumatlarından məlum olur.
Putinin təyyarəsi artıq Alyaskanın Ankoric şəhərinə eniş edib.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 23.00-da ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutacaq.
Görüşdə əsas müzakirə mövzusu Ukrayna münaqişəsi olacaq.
Bizim.Media