Tramp Putinlə Alyaskada nə danışacağını açıqladı

Tramp Putinlə Alyaskada nə danışacağını açıqladı

Hazırda oxunan: Tramp Putinlə Alyaskada nə danışacağını açıqladı

265119

ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski və avropalı müttəfiqlərinə Rusiya prezidenti Vladimir Putinlə Ukraynanın bölünməsini müzakirə etməyəcəyini deyib.

Bizim.Media xəbər verir ki, bu haqda “NBC News”a mənbələrə istinadən məlumat yayıb.

Belə ki, Tramp Avropa liderlərinə Putinlə Alyaskada görüşməkdə məqsədinin Ukraynada atəşkəs olduğunu bildirib.

Telekanalın məlumatına görə Tramp Avropa liderləri ilə telefon danışığı zamanı Putinlə heç bir torpaq mübadiləsini müzakirə etməyəcəyini deyib.

Tramp və Avropa liderləri Ukraynada sülh danışıqlarına başlamazdan əvvəl atəşkəsin əldə edilməli olduğuna dair razılıq əldə ediblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO