Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) Zaporojyedə Ukrayna Pravoslav Kilsəsinin Moskva Patriarxalığına aid yerli məbədin başçısı olan keşişin rəhbərlik etdiyi agent şəbəkəsini aşkar edib. Keşiş və onun həmkarı həbs olunub.
Bizim.Media xəbər verir ki, istintaqın məlumatına görə, kilsə xadimi moizələrində açıq şəkildə Rusiya Federasiyasının silahlı təcavüzünə və Rusiya hərbçilərinin hərəkətlərinə haqq qazandırır, eləcə də ibadət edənlər arasından Rusiya yönümlü şəxsləri seçib. Daha sonra o, həmin şəxsləri Rusiya xüsusi xidmət orqanları üçün işləməyə cəlb edib.
UTX artıq casusluğa görə məhkum edilmiş və həbs olunan rusiyalı şəxsi dindirərkən keşişin kəşfiyyat fəaliyyətində rolunu müəyyənləşdirib.
İstintaq müəyyən edib ki, keşiş yerli hərbi hissələrdən birində xidmət edən 41 yaşlı hərbçini ələ alıb. Həmin hərbçi Rusiya kəşfiyyatına Zaporojye istiqamətində Ukrayna bölmələrinin yerləşməsi, sayı və silahlanması barədə, o cümlədən öz batalyonu, qonşu hissələr və yeni yaradılmış bölmələrə aid sənədlər haqqında məlumat ötürüb.
Hər iki şübhəli Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) 316-cı kəşfiyyat mərkəzinin rezidenti – əvvəllər Zaporojyedə polis işləmiş, sonradan işğal olunmuş əraziyə köçərək Rusiyaya işləməyə başlayan şəxs – tərəfindən idarə olunub.
Axtarışlar zamanı şübhəlilərdən mobil telefonlar və kompüter texnikası ilə sübutlar, keşişdən isə Rusiya pasportu, Kalaşnikov avtomatına aid sursat və soyuq silah götürülüb.
Məhkəmə hər iki şəxsi girov qoymaq hüququ olmadan həbsdə saxlayıb. Onları 15 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası gözləyir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:21 / 13.08.2025
Ukraynalı keşiş Rusiyanın agenti çıxdı – ŞOK FAKTLAR - FOTO
Hazırda oxunan: Ukraynalı keşiş Rusiyanın agenti çıxdı – ŞOK FAKTLAR - FOTO
Hazırda oxunan: Ukraynalı keşiş Rusiyanın agenti çıxdı – ŞOK FAKTLAR - FOTO
265024
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.