Danışıqlar uğursuz olsa Tramp Ukraynanı yarı yolda qoymayacaq

Danışıqlar uğursuz olsa Tramp Ukraynanı yarı yolda qoymayacaq

Hazırda oxunan: Danışıqlar uğursuz olsa Tramp Ukraynanı yarı yolda qoymayacaq

265022

ABŞ Rusiya ilə danışıqların uğursuz olacağı halda belə, Ukrayna üçün NATO ölkələrinə silah satışını davam etdirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Axios mənbələrə istinadən məlumat yayıb.

“Diplomatik səylər nəticə verməsə belə, ABŞ prezidenti Donald Tramp Ukrayna üçün NATO ölkələrinə silah satışını davam etdirəcək”, – deyə amerikalı rəsmilərdən biri bildirib.

O vurğulayıb ki, Trampın bəzi hallarda Rusiyaya rəğbət kimi görünən ritorikası əslində onun Rusiya ilə razılaşma əldə etməyə kömək edəcəyinə inanması ilə bağlıdır.

Mənbənin sözlərinə görə, Tramp rusiyalı həmkarı Vladimir Putinə qarşı “əsəbiləşib” və artıq “bezib”.

Axios-un həmsöhbəti əlavə edib ki, Tramp administrasiyası və onun müttəfiqləri lazım gələrsə, Rusiya iqtisadiyyatını cəmi bir neçə günə zəiflədə bilər.

“Trampa Kiyev və Moskva arasında tərəf seçmək lazım gələrsə, Rusiya iqtisadiyyatına zərbə vurmağa başlayacaq”, – deyə yüksək vəzifəli amerikalı rəsmilərin biri izah edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO