Vaksindən on dəqiqə sonra ÖLDÜ – DETALLAR...

Vaksindən on dəqiqə sonra ÖLDÜ – DETALLAR...

Hazırda oxunan: Vaksindən on dəqiqə sonra ÖLDÜ – DETALLAR...

26495

İordaniyada 66 yaşlı kişi peyvəndin ikinci dozasından 10 dəqiqə sonra ölüb.

Bizim.Media “Petra”ya istinadən xəbər verir ki, elə vaksinasiya məntəqəsində ikinci doza peyvənd olunan kişi cəmi 10 dəqiqə sonra huşunu itirib. 

Tibbi heyət onu reanimasiyaya yerləşdirməyə çalışsa da, gec olub. Ölkənin səhiyyə naziri Firas Həvari deyib ki, ölən yaşlı adam ilk dozasını aprelin 4-ü alıb. 12 həftəlik aradan sonra ikinci dəfə vaksinlənən adamda ilk peyvənddən sonra heç bir mənfi simptom müşahidə olunmurdu. 

Həkimin sözlərinə görə, “AstraZeneca”nın fəsadları, tromblar peyvənd olunandan təxminən 5 gün sonra özünü biruzə verir.

Ölümün səbəblərinin dəqiqləşdirilməsi üçün mərhumun bədəni yarılıb və hazırda araşdırma aparılır. 

Qeyd edək ki, mayın 3-dən Azərbaycanda da “AstraZeneca” vaksinin istifadəsinə başlanılıb.=

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO