Ukrayna Silahlı Qüvvələrinə məxsus dronlar gecə saatlarında Krasnodar diyarının Slavyansk-na-Kubani şəhərində yerləşən neft emalı zavodunu hədəfə alıb.
Bizim.Media xəbər verir ki, zərərsizləşdirilən pilotsuz uçuş aparatlarından birinin qalıqları müəssisənin ərazisinə düşüb.
Nəticədə “QAZel” markalı avtomobil yanıb.
İlkin məlumata görə, xəsarət alan olmayıb. Yanğın qısa müddətdə söndürülüb, hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir.
Qeyd edək ki, hücumdan əvvəl regionda dron təhlükəsi elan edilib.
Bundan bir qədər əvvəl, çərşənbə gecəsi Ukrayna dronları Volqoqradı da hədəfə alıb. Məlumata görə, orada da əsas hədəf yerli neft emalı zavodu olub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:05 / 13.08.2025
Ukrayna dronları Rusiyada neft emalı zavoduna zərbə endirdi
Hazırda oxunan: Ukrayna dronları Rusiyada neft emalı zavoduna zərbə endirdi
Hazırda oxunan: Ukrayna dronları Rusiyada neft emalı zavoduna zərbə endirdi
264932
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.