Körpə qoxulu ətir istehsal olundu - QİYMƏTİ

Körpə qoxulu ətir istehsal olundu - QİYMƏTİ

Hazırda oxunan: Körpə qoxulu ətir istehsal olundu - QİYMƏTİ

264919

Yaponiyada yeni doğulmuş körpə qoxusuna malik ətir hazırlanıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, təxminən 20 yeni doğulmuş körpədən qoxu nümunələri toplanaraq, bu qoxunu müəyyən edən 37 komponent aşkar edilib.

Əsas maddə nonanal olub.

Çiçək ətirinə bənzər bu kimyəvi birləşmənin alimlərin fikrincə, körpələr tərəfindən valideynlərlə mehriban ünsiyyəti təşviq etmək üçün ifraz olunduğu düşünülür.
 

Ətir "Poupon Pure" adını alıb və təkcə parfüm kimi deyil, həm də yuxudan əvvəl və ya meditasiya zamanı rahatlama vasitəsi kimi təqdim olunur. Məhsul ideyası Odzakinin qarışqalardakı feromonlar üzərində illərlə apardığı araşdırmalardan və qoxuların insanlar arasında sosial bağları necə gücləndirə biləcəyi barədə düşüncələrindən doğub.


Hazırda bütün ətirlər satılıb və flakonu yalnız əvvəlcədən sifarişlə almaq mümkündür. Onun 5 ml üçün 20 ABŞ dolları ödənilir. Yeni tədarüklərin avqustun ortası, sentyabrın əvvəli aralığında olacağı gözlənilir. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO