Rusiyaya xəbərdarlıq: Sərhəddə nəzarət gücləndirildi

Rusiyaya xəbərdarlıq: Sərhəddə nəzarət gücləndirildi

Hazırda oxunan: Rusiyaya xəbərdarlıq: Sərhəddə nəzarət gücləndirildi

264824

“Estoniya Rusiya ilə sərhədin keçid qaydalarını sadələşdirməyi planlaşdırmır”.

Bizim.Media xəbər verir ki, bu barədə Estoniyanın daxili işlər naziri İqor Taro “Delfi” nəşrinə müsahibəsində bildirib.
 

Nazirin sözlərinə görə, təhlükəsizlik vəziyyəti səbəbindən Rusiya istiqamətində səfərlərlə bağlı “səxavətli jestlər” gözləmək lazım deyil.


“Yalan vədlər verməyəcəyəm. Sizə açıq və səmimi şəkildə deyirəm ki, Rusiya səfərlərinə dair sadələşdirmə istiqamətində addımlar atılmayacaq. Buna ümid etməyin,” – Taro vurğulayıb.

Qeyd edək ki, Estoniya–Rusiya sərhədində üç keçid məntəqəsi fəaliyyət göstərir.

Onlardan “Narva” yalnız gündüz saatlarında açıqdır, “Luhamaa” və “Koidula” isə standart rejimdə işləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO