Belçika millisi dörddəbir finala adladı - FOTO 

Belçika millisi dörddəbir finala adladı - FOTO 

Hazırda oxunan: Belçika millisi dörddəbir finala adladı - FOTO 

26482

Futbol üzrə Belçika millisi Avropa çempionatının dörddəbir final mərhələsinə yüksəlib. 

Bizim.Media xəbər verir ki, iyunun 27-də İspaniyanın Sevilya şəhərindəki "Estadio La Cartuja" stadionunda Belçika və Portuqaliya yığma komandaları üz-üzə gəliblər. 

Almaniyalı baş hakim Feliks Brixin idarə etdiyi oyun Belçika millisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:0. Belçikalı futbolçu Torqan Azarın matçın 42-ci dəqiqəsində vurduğu yeganə qol komandasına dörddəbir finalda iştirak hüququ qazandırıb. 

Belçika millisi növbəti mərhələdə İtaliya yığması ilə qarşılaşacaq. 

Qeyd edək ki, İtaliya millisi səkkizdəbir finalda Avstriya seçməsini 2:1 hesabı ilə məğlub edib və növbəti mərhələyə adlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO