İsrail hərbi rəhbərliyində GƏRGİNLİK – Nazirdən Baş Qərargah rəisinə SƏRT İTTİHAMLAR

İsrail hərbi rəhbərliyində GƏRGİNLİK – Nazirdən Baş Qərargah rəisinə SƏRT İTTİHAMLAR

Hazırda oxunan: İsrail hərbi rəhbərliyində GƏRGİNLİK – Nazirdən Baş Qərargah rəisinə SƏRT İTTİHAMLAR

264763

İsrail müdafiə naziri İsrail Katz Baş Qərargah rəisi Eyal Zamiri yeni kadr təyinatlarının müzakirəsi zamanı təlimatları pozmaqda ittiham edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

Nazir bildirib ki, İsrail ordusunun mətbuat xidməti tərəfindən əsas vəzifələrə namizədlərin adlarının açıqlanması onunla razılaşdırılmayıb. Katz vurğulayıb ki, hər hansı kadr müzakirəsi yalnız müdafiə naziri ilə razılaşdırıldıqdan sonra aparılmalıdır.
 

Baş Qərargah rəisi isə cavabında bildirib ki, söhbət “Dəmir qılınclar” əməliyyatının başlanğıcından bəri xidmət edən briqada komandirlərinin planlı rotasiyasından gedir və qanuna əsasən, polkovnik rütbəsindən yuxarı vəzifələrə təyinat qərarını məhz Baş Qərargah rəisi verir, bundan sonra həmin qərar müdafiə nazirinə təsdiq üçün təqdim olunur.


Qeyd olunur ki, bu fikir ayrılığı Zamirin Qəzza zolağında yeni əməliyyata rəhbərlik etməli olduğu bir vaxtda baş verir. O, əməliyyatla razılaşmasa da, hökumətin göstərişlərini yerinə yetirməyə hazır olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO