Mayamidə ölənlərin sayı 9-a çatdı - 150-dən çox insanın taleyi məlum deyil

Mayamidə ölənlərin sayı 9-a çatdı - 150-dən çox insanın taleyi məlum deyil

Hazırda oxunan: Mayamidə ölənlərin sayı 9-a çatdı - 150-dən çox insanın taleyi məlum deyil

26476

Mayamidə yaşayış binasının çökməsi nəticəsində həlak olanların sayı 9 nəfərə çatıb.

Bizim.Media Amerika KİV-lərinə istinadla xəbər verir ki, bu barədə rəqəmləri yerli hakimiyyət orqanları açıqlayıb. 

“Biz dağıntılar altından daha 4 cəsədi və bir nəfərin qalıqlarını çıxarmağa nail olmuşuq. Bu gün daha bir zərərçəkən xəstəxanada vəfat edib. Ümumilikdə biz səkkiz cəsəd çıxarmışıq. Mən təsdiqləyirəm ki, indiyədək həlak olanların sayı 9 nəfərdir”, - deyə Mayami dairəsinin meri Deid Daniella Lavin Kava brifinqdə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-da atışma: 3 ölü, 6 yaralı var - FOTO


Qeyd edək ki, iyunun 24-nə keçən gecə Florida ştatının Mayami-Deyd dairəsində yerləşən Serfsayd şəhərində 12 mərtəbəli yaşayış binasının bir hissəsi çöküb.

Yerli hakimiyyət orqanları 130 mənzildən təxminən yarısının dağıldığını bildirib. 150-dən çox insanın taleyi məlum deyil.

ABŞ Prezidenti Cozef Bayden yaşayış binasının çökdüyü Florida ştatında fövqəladə vəziyyət rejiminin elan edilməsi barədə fərman imzalayıb, həmçinin yerli hakimiyyət orqanlarına federal yardım ayrılmasını tapşırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO