Gürcüstan 2024-cü ilədək tam AB üzvlüyü üçün müraciət edəcək

Gürcüstan 2024-cü ilədək tam AB üzvlüyü üçün müraciət edəcək

Hazırda oxunan: Gürcüstan 2024-cü ilədək tam AB üzvlüyü üçün müraciət edəcək

26473

Gürcüstan 2024-cü ilə qədər Avropa Birliyinə tam üzvlük üçün müraciət etməyi və Assosiasiya Sazişini 60-65 faiz yerinə yetirməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Sputnik Gürcüstan” nəşri ölkənin Xarici İşlər Nazirliyinə istinadən yayıb.
 

Bəyanata görə, sazişin imzalanmasından yeddi il sonra ölkə konkret maddi nəticələrlə qanunvericilik və institusional səviyyədə AB standartlarına yaxınlaşıb, inteqrasiya sahəsində əhəmiyyətli irəliləyiş əldə edib.


“Sərbəst ticarəti də əhatə edən Avropa Birliyi ilə Assosiasiya Sazişi (DCFTA) Gürcüstan və AB arasında ticarət-iqtisadi əlaqələrin inkişafına yeni bir təkan verdi, o cümlədən Gürcüstandan milli məhsulların ixracı artdı (15%) və AB Gürcüstanın əsas ticarət tərəfdaşı oldu (24%)", deyilib.

Razılaşma, eyni zamanda, investisiya və istehsal yolu ilə Gürcüstanda investisiya mühitinin yaxşılaşdırılmasına kömək etdi. İstehsalçılar artıq məhsullarını tariflər olmadan AB bazarına çıxara bilərlər. AB ilə enerji əməkdaşlığı da yeni inkişaf səviyyəsinə yüksəldi, 2016-cı ildə Gürcüstan Avropa Enerji İttifaqına qoşuldu.

AB-nin Gürcüstana yardımı xeyli artdı - son yeddi ildə bu məbləğ 1 milyard avronu keçdi.
 

Razılığa əsasən, Aİ-nin maliyyə yardımının həcmi tədricən artır və hər il yalnız ikitərəfli formatda 120-130 milyon avro təşkil edir və Gürcüstan əlavə olaraq çoxtərəfli formatda müxtəlif regional yardım proqramlarında iştirak edir.


2014-cü ilin 27 iyul tarixində Avropa Birliyi və Gürcüstan Assosiasiya Sazişi imzaladılar.

2017-ci ildə Avropa Birliyi ilə vizaların ləğvi biometrik pasportu olan Gürcüstan vətəndaşlarına altı ayda 90 günədək Şengen ölkələrinin ərazilərinə daxil olmağa imkan verdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO