Tramp “bomjları” Vaşinqtondan qovur: Paytaxtımızdan gedin!

Tramp “bomjları” Vaşinqtondan qovur: Paytaxtımızdan gedin!

Hazırda oxunan: Tramp “bomjları” Vaşinqtondan qovur: Paytaxtımızdan gedin!

264503

ABŞ prezidenti Donald Tramp evsizləri Vaşinqton küçələrindən çıxarmaq niyyətində olduğunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu məlumatı Tramp özünə məxsus Truth Social hesabında paylaşıb:
 

"Sabah Ağ Evdə mətbuat konfransı olacaq. Mən paytaxtımızı əvvəlkindən daha təhlükəsiz və gözəl edəcəm. Evsizlər dərhal getməlidir. Biz sizi yaşayış yerləri ilə təmin edəcəyik, lakin paytaxtdan uzaqda.


O, cinayətkarlara da müraciət edib: "Cinayətkarlar, getməyiniz lazım deyil.

Sizi aid olduğunuz yerdə həbs edəcəyik. Heç bir "cənab yaxşı oğlan” söhbəti olmayacaq.

Biz paytaxtımızı geri istəyirik".

Tramp məlumatına Vaşinqton küçələrindəki zibillərin, şəhərin meydanlarında və parklarında evsiz çadırların fotolarını da əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO