Ukraynanı işğal edən Rusiya İsraili nədə günahlandırır? - VİDEO

Ukraynanı işğal edən Rusiya İsraili nədə günahlandırır? - VİDEO

Hazırda oxunan: Ukraynanı işğal edən Rusiya İsraili nədə günahlandırır? - VİDEO

264493

Rusiya İsrailin Qəzza sektorunu anneksiya etmək qərarını kəskin şəkildə pisləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki nümayəndəsi Dmitri Polyanskiy danışıb.
 

“İsrailin Qəzzaya tam nəzarət qurmaq qərarı beynəlxalq hüququ kobud şəkildə pozur və sülh yolu ilə nizamlanma perspektivlərinə ciddi zərbə vurur”, deyə o, əlavə edib.


Polyanskiy bu addımı “qanunsuz” adlandırsa da, beynəlxalq ictimaiyyətdə haqlı olaraq sual yaranır: Rusiya özü Ukraynanın ərazilərini işğal və anneksiya etməklə eyni beynəlxalq hüququ pozur, bəs bunu niyə görmür?
 

Donbasın, Luqanskın, Xersonun və Zaporojyenin ilhaqı, Krımın 2014-cü ildə işğalı beynəlxalq aləmdə məhz İsrailə yönəltdiyi ittihamlarla eyni kateqoriyaya düşür.


Beləliklə, Moskvanın bu açıqlaması, öz hərbi əməliyyatlarını və ərazi iddialarını görməzdən gələn ikili standart nümunəsi kimi qiymətləndirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO