Xamenei oyandı

Xamenei oyandı

Hazırda oxunan: Xamenei oyandı

264484

Ayətullah Əli Xamenei açıqlama verib ki, İran İslam Respublikası heç bir halda elə bir siyasəti və proqramı qəbul etməyəcək ki, nəticədə İranla Ermənistan arasındakı sərhəd bağlansın.

Bizim.Media xəbər verir ki, bu mövzu ilə bağlı sərsəm paylaşım İranın ali lideri Ali Xameneinin “X” sosial şəbəkəsindəki rəsmi hesabında dərc edilib.

O, vurğulayıb ki, ölkə üçün bu sərhəd strateji əhəmiyyət daşıyır və onun bağlanması İranın milli maraqlarına uyğun deyil.
 

Xamenei, ad çəkməsə də, bu mesajla regiondakı geosiyasi proseslərə, o cümlədən Azərbaycan-Ermənistan münasibətləri və kommunikasiya xətlərinin açılması ilə bağlı müzakirələrə işarə edib.


Onun bəyanatı həm də İranın Ermənistanla quru sərhədinin qorunmasına dair əvvəlki mövqeyinin davamı kimi qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO