Ərdoğan nazirləri TOPLAYIR: Vaşinqton görüşü GÜNDƏMDƏ

Ərdoğan nazirləri TOPLAYIR: Vaşinqton görüşü GÜNDƏMDƏ

Hazırda oxunan: Ərdoğan nazirləri TOPLAYIR: Vaşinqton görüşü GÜNDƏMDƏ

264471

Avqustun 11-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Bizim.Media xəbər verir ki, toplantıda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampla baş tutan tarixi görüşdə əldə olunan razılaşmalar müzakirə ediləcək.

Həmçinin sülh prosesinə doğru atıla biləcək növbəti addımlar da gündəmdə olacaq.
 

İclasda, eyni zamanda, Qəzza zolağı başda olmaqla, Yaxın Şərqdəki son vəziyyət ətrafında fikir mübadiləsi aparılacaq.


Nazirlər Kabinetinin gündəliyinə terrorizm və meşə yanğınları ilə mübarizə məsələləri də daxil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO