Əfqanıstan Faryab əyalətinin Andoy rayonu “Taliban” silahlılarının nəzarəti altına keçib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı "Anadolu" agentliyi əyalət rəsmisi Məhəmməd Nader Saidiyə istinadən yayıb.
O, qeyd edib ki, döyüşçülər rayona silahlı hücum təşkil edib. Hücum zamanı rayonun mərkəzi “Taliban” tərəfindən ələ keçirilib, təhlükəsizlik qüvvələri geri çəkilməyə məcbur olub. Məlumata görə, döyüş zamanı rayonun mərkəzindəki 70 mağaza yandırılıb.
MÖVZU İLƏ BAĞLI:
Taliban 1 gündə Əfqanıstanın 7 rayonunu ələ keçirdi - ALMAN MEDİASI
Qeyd edilir ki, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən təşkil olunan hava hücumunda bir neçə dinc sakin də həlak olub.
“Taliban” yaydığı açıqlamada rayonun mərkəzindəki bütün inzibati binalarının ələ keçirildiyini açıqlayıb.
Daha əvvəl silahlılar Faryabın Kurqan və Karamkol rayonlarını nəzarət altına almışdı. Qeyd edilir ki, son 24 saatda "Taliban"ın 248 silahlısı öldürülüb.
Əfqanıstanda son 2 ayda ümumilikdə 30-a yaxın rayon “taliblər”in nəzarəti altına keçib. BMT-nin məlumatına görə, "Taliban" Əfqanıstan ərazisinin təxminən 50-70 %-ə nəzarət edir.
Bizim.Media