Rusiya prezidenti Vladimir Putin Hindistanın milli təhlükəsizlik müşaviri Acit Doval ilə görüşüb. Görüşdə Doval Hindistanın baş naziri Narendra Modinin Putinə rəsmi səfət üçün göndərdiyi dəvəti çatdırıb.
Bizim.Media xəbər verir ki, görüş ABŞ prezidenti Donald Trampın Hindistan mallarına əlavə 25 faizlik gömrük rüsumları tətbiq etməsindən dərhal sonra baş tutub. Tramp bu qərarı Hindistanın Moskva ilə enerji əməkdaşlığına cavab olaraq verib.
Kreml tərəfdən Putinin Hindistan səfətinə dair konkret tarix açıqlanmasa da, analitiklər bu görüşü Vaşinqtonun yeni təzyiqlərinə qarşı strateji addım kimi qiymətləndirirlər.
ABŞ-ın mövcud və ya gələcək sanksiyalarına baxmayaraq, Rusiya-Hindistan əlaqələrinin möhkəmlənməsi diqqət mərkəzindədir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
20:42 / 07.08.2025
Putinə Hindistandan dəvət gəldi - GEDƏCƏKMİ?
Hazırda oxunan: Putinə Hindistandan dəvət gəldi - GEDƏCƏKMİ?
Hazırda oxunan: Putinə Hindistandan dəvət gəldi - GEDƏCƏKMİ?
263971
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.