İrəvanla Bakı arasında sülh prosesini müzakirə etdilər – FOTO

İrəvanla Bakı arasında sülh prosesini müzakirə etdilər – FOTO

Hazırda oxunan: İrəvanla Bakı arasında sülh prosesini müzakirə etdilər – FOTO

263508

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkmənistanda BMT konfransı çərçivəsində Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla görüş keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı İ.Kobaxidze feysbuk hesabında paylaşıb.
 

Onun sözlərinə görə, tərəflər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri, eləcə də Cənubi Qafqazda sülh və sabitliyin əhəmiyyətinə dair müzakirələr aparıb:


“Görüş zamanı bildirdim ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların bitməsinə dair birgə bəyanat bu istiqamətdə irəliyə doğru atılmış vacib addımdır.

Gürcüstan hökumətinin dialoqu təşviq etməyə, bununla da regionda uzunmüddətli sülh və sabitliyi təmin etməyə hazır olduğunu bir daha diqqətə çatdırdım”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO