ABŞ prezidenti Donald Tramp Çinə səfər etməyə qərar verərsə və həmin vaxt orada Rusiya prezidenti Vladimir Putin də olarsa, onların görüşü mümkündür.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib.
“Putin özü də demişdi ki, o, Çinə səfərə hazırlaşır. Əgər elə bir vəziyyət yaranarsa ki, ABŞ prezidenti də həmin tarixlərdə Çinə getmək qərarına gələrsə, o zaman dövlət başçılarının eyni şəhərdə olduqları halda görüşməsini nəzəri cəhətdən istisna etmək olmaz”, – deyə Peskov bildirib.
O, əlavə edib ki, hələlik belə bir görüşün hazırlanması ilə bağlı konkret işlər görülmür.
Bizim.Media