Odessa şəhəri kütləvi PUA hücumuna məruz qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper yayıb.
Onun sözlərinə görə, şəhərdə çoxmərtəbəli yaşayış binasının iki mərtəbəsində, iki mərtəbəli evin dam örtüyündə, ticarət pavilyonlarında və yanacaqdoldurma məntəqəsində yanğın baş verib.
"O cümlədən, UNESCO-nun qoruması altında olan Odessa tarixi mərkəzində yerləşən memarlıq abidələri də zədələnib. Yaralananlarla bağlı məlumatlar dəqiqləşdirilir", – deyə o yazıb.
PUA hücumu nəticəsində Odessa sakinləri və turistlər üçün mühüm sayılan əfsanəvi "Privoz" bazarında yanğın baş verib.
Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti bildirib ki, xilasedicilər Rusiyanın törətdiyi terrorun nəticələrini aradan qaldırmağa çalışır və odessalılar üçün simvolik sayılan bu məkanda yanğını söndürməyə cəhd edirlər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:50 / 24.07.2025
Odessaya kütləvi dron hücumu: "Privoz" bazarı yanır – FOTO/VİDEO
Hazırda oxunan: Odessaya kütləvi dron hücumu: "Privoz" bazarı yanır – FOTO/VİDEO
Hazırda oxunan: Odessaya kütləvi dron hücumu: "Privoz" bazarı yanır – FOTO/VİDEO
261386
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.