Banqladeşdə təyyarə qəzasında ölənlərin sayı açıqlandı - 25-i uşaqdır

Banqladeşdə təyyarə qəzasında ölənlərin sayı açıqlandı - 25-i uşaqdır

Hazırda oxunan: Banqladeşdə təyyarə qəzasında ölənlərin sayı açıqlandı - 25-i uşaqdır

261085

Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin Dəkkədə qəzaya uğraması nəticəsində 27 nəfər həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Sayedur Rəhman keçirdiyi brifinqdə məlumat verib.
 

Onun sözlərinə görə, ölənlərin 25-i uşaqdır: “Ölənlərdən bəzilərinin şəxsiyyətini müəyyən etmək üçün DNT testi tələb olunur. 170-dən çox insan müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanalara çatdırılıb. Biz tibbi yardım göstərmək üçün mümkün olan hər şeyi etməyə davam edirik. Bununla belə, bəzi xəstələrin vəziyyəti son dərəcə ağır olaraq qalır”.


Qeyd edək ki, Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus F-7 BGI təlim təyyarəsi Dəkkənin Uttara bölgəsində kollec şəhərciyində qəzaya uğrayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO