Trampın şirkəti 2 milyard dollarlıq "Bitcoin" aldı

Trampın şirkəti 2 milyard dollarlıq "Bitcoin" aldı

Hazırda oxunan: Trampın şirkəti 2 milyard dollarlıq "Bitcoin" aldı

261080

"Truth Social" sosial şəbəkəsinin sahibi olan "Trump Media and Technology Group" (TMTG) media şirkəti "Bitcoin"ə (BTC) yatırımlarının 2 milyard dollara çatdığını açıqlayıb. Şirkət bu məbləğlə "Bitcoin" və onunla əlaqəli qiymətli kağızlar əldə edib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat şirkətin press-relizində yer alıb.

Hazırda "Bitcoin" aktivləri "Trump Media" şirkətinin likvid vəsaitlərinin təxminən üçdə ikisini təşkil edir və bu aktivlərin ümumi dəyəri təxminən 3 milyard dollar olaraq qiymətləndirilir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp şirkətin səhmlərinin təxminən 60 faizinə sahibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO