Putin Trampla bu ölkədə görüşəcək?

Putin Trampla bu ölkədə görüşəcək?

Hazırda oxunan: Putin Trampla bu ölkədə görüşəcək?

260989

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp Çində görüşə bilərlər.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə açıqlayıb.

O bildirib ki, mümkün görüş sentyabrın 3-ü Pekində Yaponiya üzərində qələbənin 80-ci ildönümü münasibətilə keçiriləcək tədbirdə baş tuta bilər: 
 

“Biz Pekinə səfərə hazırlaşırıq. Bu, dövlət başçısının gündəmindədir. Amma eşitməmişik ki, Prezident Tramp da ora getməyi planlaşdırır. Əgər ABŞ prezidenti də orada olarsa, bu zaman görüşün keçirilməsininin məqsədəuyğunluğunu istisna etmək olmaz”.


Qeyd edək ki, Böyük Britaniyanın “The Times” qəzeti də Çində İkinci Dünya müharibəsinin başa çatması münasibətilə sentyabrda keçiriləcək bayram şənliyində üç qalib ölkə - Rusiya, Çin və ABŞ liderlərinin görüşünün mümkün olduğunu iddia edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO