Kiyevə dron hücumu: Ölən və xəsarət alanlar var – FOTO-VİDEO

Kiyevə dron hücumu: Ölən və xəsarət alanlar var – FOTO-VİDEO

Hazırda oxunan: Kiyevə dron hücumu: Ölən və xəsarət alanlar var – FOTO-VİDEO

260914

Gecə saatlarından başlayaraq, Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə kütləvi və çoxkombinasiyalı hava hücumu edib.

Bizim.Media xəbər verir ki, şəhərə ilkin olaraq kamikadze dronları ilə hücum edilib, partlayış səsləri eşidilib.

Kiyev şəhər meri Vitali Kliçko “Telegram” səhifəsində məlumat verib, paytaxtın Darnitski rayonunda yanğın baş verib. Bir nəfərin öldüyü məlum olub.

Dneprovski rayonunda uşaq bağçasının binasında yanğın olub. “Lukyanovskaya” metro stansiyasının girişinə ziyan dəyib, yaralıların olduğu deyilir.

Qeyd edək ki, paytaxt Kiyevdən başqa Ukraynanın Lvov, Poltova, Vinnitsa, Xarkov, Nikolayev, Odessa və digər vilayətlərinə də hava hücumu olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO