Almaniyanın Aşağı Saksoniya əyalətinin Klausthal-Tsellerfeld şəhərində yerləşən ölkənin ən böyük taxta kilsəsində yanğın baş verib.
Bizim.Media “Spiegel” qəzetinə istinadla xəbər verir ki, hadisə nəticəsində kilsənin bir hissəsi yanıb.
Yanğının tam söndürülməsi bir neçə saat çəkib. Polisin məlumatında yanğının qəsdən törədilməsinin ehtimal olunduğu və bu istiqamətdə istintaqın başlandığı bildirilib.
Evangelik-lüteran kilsəsi yanğınla əlaqədar kilsənin ziyarət üçün bağlandığını elan edib.
Təxminən 2 min nəfərin ibadət edə bildiyi bu tarixi kilsə XVII əsrdə inşa edilib. Kilsə Şimali Almaniyanın barokko dövrünə aid ən mühüm abidələrindən hesab olunur. Tikintisində palıd və küknar ağaclarından istifadə olunan bina dəfələrlə əsaslı təmir edilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:47 / 20.07.2025
XVII əsrdə inşa edilən ən böyük taxta kilsə yandı
Hazırda oxunan: XVII əsrdə inşa edilən ən böyük taxta kilsə yandı
Hazırda oxunan: XVII əsrdə inşa edilən ən böyük taxta kilsə yandı
260902
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.