Əkrəm İmamoğlu 1 il 8 ay azadlıqdan məhrum EDİLDİ

Əkrəm İmamoğlu 1 il 8 ay azadlıqdan məhrum EDİLDİ

Hazırda oxunan: Əkrəm İmamoğlu 1 il 8 ay azadlıqdan məhrum EDİLDİ

260210

İstanbul şəhər məhkəməsi, yerli prokuroru təhqir etdiyi ittihamı ilə həbs edilmiş şəhər bələdiyyə başçısı Əkrəm İmamoğlunu 1 il 8 ay azadlıqdan məhrum edib. Ancaq o, “terrorla mübarizə aparan şəxsləri hədəf göstərmək” maddəsi üzrə bəraət alıb.

Bizim.Media  xəbər verir ki, bu barədə informasiyanı Habertürk telekanalı yayıb.

Məlumata görə, məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.

İmamoğlunun işi üzrə məhkəmə iclasları İstanbulun Silivri həbsxanasında keçirilib. O, mart ayından bəri korrupsiya ittihamı ilə həbsdə saxlanılıb. 

Xatırladaq ki, 23 mart tarixində İstanbul meri Əkrəm İmamoğlu məhkəmə qərarı ilə həbs olunmuşdu. Ona qarşı korrupsiya və terrorizmə yardım ittihamları irəli sürülmüşdü.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO