"Windows" əməliyyat sistemi çökdü, bu ölkələrdə uçuşlar DAYANDIRILDI

"Windows" əməliyyat sistemi çökdü, bu ölkələrdə uçuşlar DAYANDIRILDI

Hazırda oxunan: "Windows" əməliyyat sistemi çökdü, bu ölkələrdə uçuşlar DAYANDIRILDI

260109

“Windows” əməliyyat sistemi çöküb.

 

Sfera.az xəbər verir ki, qlobal xəta nəticəsində "Microsoft" proqramlarından istifadə edən bankların, kommunal müəssisələrin, aviaşirkətlərin, kütləvi informasiya və telekommunikasiya vasitələrinin, mobil rabitə və internetin işində ciddi problem yaranıb.

 

Ukraynada rabitə operatorlarının və bankların işində nasazlıqlar müşahidə olunub.

 

ABŞ Federal Mülki Aviasiya Administrasiyası bildirib ki, "United Airlines" və "Delta Airlines" davam edən qlobal çöküş nəticəsində yaranan rabitə problemlərinə görə uçuşları dayandırıb. "Turkish Airlines" da qlobal çöküş səbəbindən uçuşlara ara verib. İspaniyanın bütün hava limanlarının işində ləngimələr yaşanıb.Böyük Britaniyanın "SkyNews" telekanalı qlobal çöküş səbəbindən şəbəkədən ayrılıb, eyni zamanda, ölkənin bir neçə hava limanı da uçuşları dayandırmağa məcbur olub.

 

Hindistanın "Times Now" xəbər kanalı qlobal çöküşün səbəbinin "CrowdStrike"ın son yeniləməsi olduğunu bildirib.

 

Zarufa Məmmədova

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO