İsrail ordusunun Suriyada GİZLİ ƏMƏLİYYATI: İran zabitləri gecə yatdıqları yerdə…

İsrail ordusunun Suriyada GİZLİ ƏMƏLİYYATI: İran zabitləri gecə yatdıqları yerdə…

Hazırda oxunan: İsrail ordusunun Suriyada GİZLİ ƏMƏLİYYATI: İran zabitləri gecə yatdıqları yerdə…

259887

İsrail ordusu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının zabitlərini Suriyada həyata keçirdiyi gizli əməliyyatla həbs edib.

Bizim.Media "Azad İran" "Telegram" kanalı xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat İranın İsrailə qarşı planlaşdırdığı hücumun qarşısını almaq məqsədi daşıyıb.
 

Hərbi əməliyyat dünən gecə saatlarında başlayıb və Qüds qanadının zabitləri yatarkən bir neçə nöqtədə eyni anda həyata keçirilib.


Əməliyyat İsrail Müdafiə Qüvvələrinin ehtiyat briqadası olan 7012-ci taborun rəhbərliyi, xüsusi təyinatlı bölmələr və kəşfiyyat qruplarının iştirakı ilə keçirilib.

İsrailli komandanlar bildiriblər ki, əməliyyat uzunmüddətli kəşfiyyat və planlaşdırmanın nəticəsidir və İranın bölgədəki terror şəbəkəsinin ifşası baxımından əhəmiyyətlidir. İsrail ordusu əməliyyatın Suriyada İranın təsirini zəiflətmək üçün mühüm addım olduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO