Körpəsini aeroportda unitaza atan qadın azadlığa buraxıldı – FOTO

Körpəsini aeroportda unitaza atan qadın azadlığa buraxıldı – FOTO

Hazırda oxunan: Körpəsini aeroportda unitaza atan qadın azadlığa buraxıldı – FOTO

259793

Türkiyənin Antalya Şəhər Məhkəməsi ötən il yerli hava limanında yeni doğulmuş qızını tərk etdiyi üçün 15 il həbs cəzasına məhkum edilən Rusiya vətəndaşı Yekaterina Burnaşkinanı həbsdən azad edib.

Bizim.Media xəbər verir ki, bu barədə onun vəkili Ayşe Kübra Polat IHA-ya açıqlama verib.
 

"Doqquz ay sonra Yekaterina azadlığa çıxdı. Bu iş əvvəlcədən mürəkkəb idi. Lakin onun hərəkətləri qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilə bilməzdi. Biz bunu məhkəməyə sübut etdik və apellyasiya qərarı nümunəvi presedent kimi qəbul olunmalıdır", - deyə vəkil bildirib.


2006-cı il təvəllüdlü rusiyalı vətəndaş Yekaterina Burnaşkina isə açıqlamasında qızını geri qaytarmaq uğrunda mübarizə aparacağını söyləyib. Hazırda körpə Rusiya sosial orqanlarının himayəsindədir.

Xatırladaq ki, 2023-cü il oktyabrın 13-də Burnaşkina Antalyada hava limanında uşaq dünyaya gətirdikdən sonra onu unitazda qoyaraq ərazini tərk edib.

Hadisədən sonra Burnaşkina anası ilə birlikdə Rusiyaya qayıtmaq istəyərkən pasport nəzarətində saxlanılıb. 2024-cü ilin fevralında Antalya məhkəməsi onu 15 il azadlıqdan məhrum edib. Müdafiə tərəfi hökmə etiraz edərək apellyasiya şikayəti vermişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO