Belarus Rusiya dronunu vurub

Belarus Rusiya dronunu vurub

Hazırda oxunan: Belarus Rusiya dronunu vurub

259791

Belarusun hava hücumundan müdafiə qüvvələri Ukraynaya doğru uçan Rusiya istehsalı olan zərbə dronunu məhv edib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.

Verilən məlumata görə, “Gerber” tipli zərbə pilotsuz uçuş aparatı Belarus hava məkanının müşahidəsini həyata keçirən Mi-24 helikopteri tərəfindən aşkar edilib və vurulub.
 

Ukrayna kəşfiyyat mənbələrinin məlumatına əsasən, həmin an Belarus hava məkanında azı üç rus dronu olub. Belarus ordusunun helikopteri hava məkanına nəzarət tapşırığını yerinə yetirərkən dronun aşkarlandığını və məhv edildiyini raport edib.


Sonda qeyd olunur ki, vurulan dronun qalıqları Belarusun Qomel vilayəti ərazisinə düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO