Putindən Trampa xəbərdarlıq: “60 günə hər şeyi alacam”

Putindən Trampa xəbərdarlıq: “60 günə hər şeyi alacam”

Hazırda oxunan: Putindən Trampa xəbərdarlıq: “60 günə hər şeyi alacam”

259782

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla söhbətində Ukraynada yeni ərazilərin ələ keçiriləcəyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Axios” nəşri yayıb.

Məlumata görə, Putin Trampa açıq şəkildə deyib ki, növbəti 60 gün ərzində Rusiya hərbçiləri hazırda mövqe tutduqları Ukrayna bölgələrinin inzibati sərhədlərinədək irəliləmək niyyətindədir. Bu isə faktiki olaraq yeni ərazilərin işğalı deməkdir.

“Axios”un yazdığına görə, Tramp bu söhbətin detallarını Fransa Prezidenti Emmanuel Makronla bölüşüb və belə deyib:

“O, hər şeyi almaq istəyir".
 

Bu açıqlama Qərbdə ciddi narahatlıq doğurub. Ekspertlər hesab edirlər ki, Putin qarşıdakı həftələrdə cəbhədə yeni hücum əməliyyatlarına başlaya bilər və bu, danışıqlara ümidləri azaldacaq.


Hazırda nə Kreml, nə də Ağ Ev bu danışma barədə rəsmi açıqlama verməyib. Lakin Trampın Makrona dedikləri ABŞ-Rusiya münasibətlərində gərginliyin daha da artacağının göstəricisidir. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO