PKK rəhbərliyinin Türkiyə ilə həmsərhəddə qalmasına icazə verilməyəcək

PKK rəhbərliyinin Türkiyə ilə həmsərhəddə qalmasına icazə verilməyəcək

Hazırda oxunan: PKK rəhbərliyinin Türkiyə ilə həmsərhəddə qalmasına icazə verilməyəcək

259779

PKK terror təşkilatının tərksilah edilməsi prosesinin ən gec sentyabr ayına kimi başa çatdırılması planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şafak" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, tərksilah prosesinə Türkiyənin Milli Kəşfiyyat Təşkilatı nəzarət edəcək.

Kürd yaraqlılarının silahları təhvil verməsinin sonrakı mərhələləri mediada yayımlanmayacaq.
 

Məlumatda həmçinin qeyd olunur ki, sıravi üzvlərdən fərqli olaraq, təxminən 250 nəfərlik PKK rəhbərliyinin Türkiyə ilə həmsərhəd olan İraq və Suriyada qalmasına icazə verilməyəcək. Onlar üçüncü ölkələrə gedə biləcəklər, lakin kütləvi şəkildə orada yerləşmələrinə icazə verilməyəcək.


Xatırladaq ki, PKK döyüşçülərinin ilk qrupu silahlarını iyulun 11-də təhvil verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO