Bosniya və Herseqovinanın cənubundakı Mostar şəhəri ətrafında meşə yanğını baş verib.
Bizim.Media xəbər verir ki, Fortiça təpəsinə doğru yayılan alovun söndürülməsinə mülki müdafiə qüvvələri və helikopter cəlb olunub. Yanğının ətrafdakı yaşayış binaları üçün təhlükə yaratmadığı bildirilib.
Yanğın xətti uzun və əlçatmaz ərazidədir, güclü külək müdaxiləni daha da çətinləşdirir.
Bosniya və Herseqovinanın Serbska Respublikasının Trebinye bölgəsində isə meşə yanğınları bir neçə gündür davam edir. Mülki müdafiə qüvvələri, helikopter, könüllü yanğınsöndürmə cəmiyyətlərinin üzvləri və yerli sakinlər prosesdə iştirak edirlər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:06 / 13.07.2025
Bu ölkədə meşə yanğını başlayıb
Hazırda oxunan: Bu ölkədə meşə yanğını başlayıb
Hazırda oxunan: Bu ölkədə meşə yanğını başlayıb
259733
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.