Fransanın cənub-şərqindəki Korba şəhərindəki həbsxanadan 20 yaşlı məhbus azadlığa çıxan kamera yoldaşının əşyaları olan çantada gizlənərək qaçmağı bacarıb.
Bu barədə Bizim.Media BFMTV kanalına istinadən xəbər verir.
Qeyd olunub ki, həbsxana rəhbərliyi hadisədən bir gün sonra xəbərdar olub.
Məhbus, insan alveri və oğurluq da daxil olmaqla bir neçə cinayətə görə cəza çəkib və həmçinin mütəşəkkil cinayətkarlıqla əlaqədə olduğu üçün istintaq altında olub. Hadisə ilə bağlı Penitensiar Müəssisə daxili araşdırmalara başlayıb.
Onun rəhbəri Sebastiyan Kovelin “BFMTV”yə verdiyi məlumata görə, bu, çox nadir haldır və bir sıra ciddi pozuntuları göstərir. Qurum rəhbərliyinin nümayəndəsi bildirib ki, hazırda həbsxana 170 faiz doludur. Bundan əlavə, qaçışla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:40 / 13.07.2025
Fransada məhbus həbsxanadan çantada gizlənərək qaçıb
Hazırda oxunan: Fransada məhbus həbsxanadan çantada gizlənərək qaçıb
Hazırda oxunan: Fransada məhbus həbsxanadan çantada gizlənərək qaçıb
259730
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.