Dünyanın diqqəti Trampa YÖNƏLDİ - Qəzzada atəşkəs elan edəcək?

Dünyanın diqqəti Trampa YÖNƏLDİ - Qəzzada atəşkəs elan edəcək?

Hazırda oxunan: Dünyanın diqqəti Trampa YÖNƏLDİ - Qəzzada atəşkəs elan edəcək?

258523

ABŞ Prezidenti Donald Tramp Dohada İsrail və HƏMAS hərəkatının nümayəndələrinin iştirakı ilə keçirilən danışıqlar uğurlu olarsa, bazar ertəsi Qəzza zolağında atəşkəs elan edə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “The National” mənbələrə istinadla məlumat yayıb.

Fələstin hərəkatının 60 günlük atəşkəs, 10 girovun azad edilməsi və 18 qurbanın qalıqlarının təhvil verilməsini nəzərdə tutan təklif planına müsbət cavab verməsindən iki gün sonra, İsrail və HƏMAS arasında atəşkəs və girovların azad edilməsi ilə bağlı dolayı danışıqlar iyulun 6-da Qətərin paytaxtında bərpa edilib. Məsləhətləşmələr İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfərə hazırlaşdığı vaxta təsadüf edir.

Nəşrin qeyd etdiyi kimi, münaqişə tərəfləri sazişin ayrı-ayrı parametrləri ilə bağlı fikir ayrılıqlarını həll edərsə, Tramp müvəqqəti atəşkəs elan edəcək, HƏMAS-ı silahlarını yerə qoymağa və bütün girovları azad etməyə çağıracaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO