Bu gün Portuqaliyanın Gondomar şəhərində bu həftənin cümə axşamı avtomobil qəzasında dünyasını dəyişən Portuqaliya millisi və “Liverpul”un futbolçusu Diogo Jota, eləcə də onun qardaşı Andrenin dəfn mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, Matriz kilsəsinin qarşısında yüzlərlə insan futbol ulduzu Diogo Jota və onun futbolçu olmuş qardaşı Andre üçün təşkil edilən dəfn mərasiminə toplaşıblar.
Diogo Jotanın çıxış etdiyi İngiltərənin “Liverpul” klubunun çoxsaylı futbolçuları dəfn mərasiminə qatılıblar. Onlara kapitan Vrcil van Deyk (Virgil van Dijkj) və Endryu Roberson (Andy Robertson) rəhbərlik edib. Onlar üzərində Diogo və Andrenin forma nömrələri olan 20 və 30 rəqəmləri yazılmış qırmızı güllərdən ibarət çələnglər tutublar.
Futbolçular Matriz kilsəsinin darvazası arxasında toplaşmış azarkeşlərin alqışları ilə qarşılanıblar.
Mərasimdə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş, eləcə də Jota və Andrenin oynadıqları klubların, Portuqaliya Futbol Federasiyasının rəsmiləri iştirak edərək onlara ehtiramlarını ifadə ediblər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
20:25 / 05.07.2025
Ulduz futbolçunun dəfnindən FOTOLAR
Hazırda oxunan: Ulduz futbolçunun dəfnindən FOTOLAR
Hazırda oxunan: Ulduz futbolçunun dəfnindən FOTOLAR
258364
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.