Daha bir ölkə 4 günlük iş həftəsinə keçir

Daha bir ölkə 4 günlük iş həftəsinə keçir

Hazırda oxunan: Daha bir ölkə 4 günlük iş həftəsinə keçir

258103

Polşada 1 iyul 2025 tarixindən etibarən ilk dəfə olaraq qısaldılmış iş həftəsi üzrə pilot proqramı həyata keçirilməyə başlanıb.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, layihə həftədə 4 gün 32 saat və ya 5 gün 35 saat işləmək imkanını nəzərdə tutur.
 

İş vaxtının qısaldılması fikri isə bir anda ortaya çıxmayıb. Bu məsələ son bir neçə ildir ki, yalnız Polşada deyil, bir çox ölkələrdə də ictimai müzakirələrin gündəmində yer alır.


İşçilər işlə həddən artıq yükləndiklərini, şəxsi həyatına, sağlamlığına, ailəsinə vaxtlarının olmadığını açıq şəkildə bildirirlər. Məlumatlar da bu narazılığı dəstəkləyir.

Qeyd edək ki, polşalılar Avropa İttifaqının ən çox işləyən xalqları arasında yer alır.

Eyni zamanda, xaricdən nümunələr də getdikcə artır. İslandiya, Belçika, İspaniya və hətta Yaponiya kimi ölkələrdə daha qısa iş həftəsinə dair müxtəlif modellər ya test olunub, ya da tətbiq olunub. (ölkə.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO