Yüksək terror riski, iğtişaşlar, qaçırılma və həbs olunma təhlükələri ilə əlaqədar olaraq ABŞ vətəndaşlarını İrana səfər etməməyə çağırır.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın İrandakı virtual səfirliyinin saytında bildirilib.
Məlumatda qeyd olunub ki, ABŞ vətəndaşları yeniliklərlə bağlı yerli medianı yaxından izləməli və İrandan təşkil olunan kommersiya uçuşları ilə bağlı məsləhətləşmə aparmalıdır.
"İyulun 2-dən etibarən İranın hava sahəsi qismən açılıb. Buna baxmayaraq, Tehran və digər şəhərlərdən kommersiya uçuşlarının fəaliyyətində fasilələr ola bilər. ABŞ vətəndaşları quru yolu ilə Azərbaycan, Ermənistan, Türkiyə və ya Türkmənistana keçə bilərlər”, - səfirlikdən bildirilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:35 / 04.07.2025
ABŞ-dan vətəndaşlarına çağırış: Azərbaycana keçin...
Hazırda oxunan: ABŞ-dan vətəndaşlarına çağırış: Azərbaycana keçin...
Hazırda oxunan: ABŞ-dan vətəndaşlarına çağırış: Azərbaycana keçin...
258097
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.