Zelenski: “Ukrayna ABŞ-ın dəstəyinin davam edəcəyinə ümid edir” — VİDEO

Zelenski: “Ukrayna ABŞ-ın dəstəyinin davam edəcəyinə ümid edir” — VİDEO

Hazırda oxunan: Zelenski: “Ukrayna ABŞ-ın dəstəyinin davam edəcəyinə ümid edir” — VİDEO

258066

Avropanın təmin edə bilmədiyi müəyyən imkanlar var, xüsusilə də “Patriot” zenit-raket kompleksləri üçün raketlər. Bu məsələ ilə bağlı sabah və ya yaxın günlərdə ABŞ Prezidenti ilə danışacağıma ümid edirəm. Ukrayna ABŞ-ın dəstəyinin davam edəcəyinə ümid edir”.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Danimarkada keçirilən brifinq zamanı bəyan edib.

Xatırladaq ki, tədarüklərin dayandırılması səbəbindən Ukrayna artıq təhvil verilməyə hazır olan “Patriot” raketlərini, 155 mm-lik haubitsa mərmilərini, “Hellfire” raketlərini, 250-dən çox yüksək dəqiqlikli GMLRS reaktiv sistemlərini, eləcə də “Stinger”, AIM raketlərini və qumbaraatanları ala bilməyib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO