Britaniyadan Rusiyadakı hadisələrlə bağlı Azərbaycana DƏSTƏK - FOTO

Britaniyadan Rusiyadakı hadisələrlə bağlı Azərbaycana DƏSTƏK - FOTO

Hazırda oxunan: Britaniyadan Rusiyadakı hadisələrlə bağlı Azərbaycana DƏSTƏK - FOTO

257981

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld Rusiyada azərbaycanlılara qarşı baş verən hadisələr barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.

Bizim.Media xəbər verir ki, paylaşımda deyilib.

"Rusiyada azərbaycanlılara qarşı baş verən hadisələr bizi dərin şəkildə qayğılandırır.

Öldürülənlərin ailələrinə başsağlığı verir və bu zamanda Azərbaycan xalqının yanında olduğumuzu bildiririk. Ədalətin təmin olunması istiqamətində Azərbaycanın səylərinə dəstəyimizi ifadə edirik".
 

Xatırladaq ki, iyunun 27-də səhər Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Reyd zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.


Onlar iyulun 1-də Ağcabədidə dəfn olunublar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO