Rusiyada Azərbaycan xəbər saytlarına giriş MƏHDUDLAŞDIRILDI

Rusiyada Azərbaycan xəbər saytlarına giriş MƏHDUDLAŞDIRILDI

Hazırda oxunan: Rusiyada Azərbaycan xəbər saytlarına giriş MƏHDUDLAŞDIRILDI

257976

Rusiyanın mobil rabitə operatorları domenlərinin sonu “.az” olan Azərbaycanın veb-saytlarına girişə məhdudiyyət tətbiq edib.

Bizim.Media xəbər verir ki, artıq bir həftədən çoxdur ki, Rusiyada həmin saytlar mobil şəbəkələr üzərindən açılmır.

Qeyd olunur ki, bu məhdudiyyət yalnız mobil şəbəkələrə şamil olunur.

Bununla belə, Wi-Fi şəbəkəsinə qoşulmuş cihazlarda və stasionar kompüterlərdə bu cür saytlara giriş hələlik mümkündür.

Rəsmi qurumlardan bu addımla bağlı hələlik heç bir izahat verilməyib. Lakin ekspertlər bu məhdudiyyətin son vaxtlar Bakı və Moskva arasında artan siyasi gərginlik fonunda həyata keçirildiyini düşünürlər.

Bu, Rusiyanın “az” domeninə yönəlik ilk sistemli bloklama addımı kimi qiymətləndirilir. Nəticədə, Rusiyada yaşayan azərbaycanlılar və bu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətləri məlumat və xidmətlərə çıxışda çətinliklərlə üzləşə bilərlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO