Rusiya Hərbi Dəniz Donanmasının baş komandanının müavini, general-mayor Mixail Qudkov Kursk vilayətində həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə Primorye vilayətinin qubernatoru Oleq Kojemyako şəxsi Telegram kanalında məlumat verib.
Hadisə 3 iyul, cümə axşamı günü baş verib. Kojemyakonun sözlərinə görə, Qudkov Kursk vilayətində döyüş tapşırığını yerinə yetirərkən həyatını itirib. Onunla birlikdə yaxın dostu və silahdaşı Nəriman Şixəliyev də həlak olub.
“Mən Mixail Yevgenyeviçlə tez-tez ünsiyyətdə olurdum. O, yalnız donanma ilə özünü təsəvvür edən, ruhən güclü bir əsgər idi. Hərbi Dəniz Donanmasının baş komandanının müavini olduqdan sonra da dəniz piyadalarının mövqelərinə şəxsən getməyi davam etdirirdi.”
Kojemyako həmçinin Qudkovun ailəsinə, yaxınlarına və xidmət yoldaşlarına başsağlığı verib.
Bundan bir qədər əvvəl məlum olub ki, Kursk yaxınlığında daha bir şəxs — döyüş bölgəsindən 400 nəfəri çıxaran könüllü Aleksandr Kelenjeridze də həlak olub. Onun ölümündən sonra təltif olunması barədə qərar artıq qəbul edilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:14 / 03.07.2025
Rusiyalı general Nəriman Şixəliyevlə birgə HƏLAK OLDU
Hazırda oxunan: Rusiyalı general Nəriman Şixəliyevlə birgə HƏLAK OLDU
Hazırda oxunan: Rusiyalı general Nəriman Şixəliyevlə birgə HƏLAK OLDU
257975
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.