Səfərov qardaşlarının daha bir üzvü HƏBS EDİLDİ

Səfərov qardaşlarının daha bir üzvü HƏBS EDİLDİ

Hazırda oxunan: Səfərov qardaşlarının daha bir üzvü HƏBS EDİLDİ

257844

Yekaterinburqun Leninski Rayon Məhkəməsi bir neçə gün əvvəl Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılan Kamal Səfərovun həbs olunması barədə qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə məhkəmə rəsmi bəyanat yayıb.
 

“Məhkəmə istintaqçının vəsatətini nəzərdən keçirərək, şübhəli şəxs Kamal Qədimalı oğlu Səfərov barəsində 19 iyul tarixinə qədər həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb”, — məlumatda qeyd edilib.


Qeyd edək ki, K. Səfərov da saxlanılarkən işgəncələrə məruz qalıb, ağır vəziyyətdə xəstəxanaya aparılıb. Daha sonra o, xəstəxanadan evə buraxılmışdı.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO